Azərbaycan və Litva arasında hərbi-siyasi danışıqlar aparılacaq
31 Yanvar 2011 Bazar Ertəsi 11:55
Azərbaycan və Litva arasında hərbi-siyasi danışıqlar gələn ayın əvvəllərinə planlaşdırılıb.
Azərbaycanla Litva arasında hərbi-siyasi danışıqlar aparılacaq. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, danışıqlar ikitərəfli əməkdaşlıq planına əsasən 08-10 fevral tarixlərində Bakıda baş tutacaq.
Nazirliyin məlumatına görə, fevral ayına nəzərdə tutulan tədbirlər planı çərçivəsində Azərbaycan-ABŞ iş planına əsasən “partlamamış döyüş sursatlarının zərərsizləşdirilməsi üzrə dalğıc” kursu ((02.02 – 15.11.2011, San Antonio, ABŞ), Fərdi Tərəfdaşlıq Planından əlavə olaraq NATO Təliminin sinxronlaşma konfransı (07-11.02.2011, Tallinn, Estoniya), FTP-dən əlavə olaraq “Assimetrik Təhdidlərdən Simulator Dəstəkli Müdafiə və idarə edilən dəniz raketləri” kursu ( 07-11.02.2011, Kocaeli, Türkiyə), Azərbaycan-ABŞ iş planına əsasən Azərbaycan-ABŞ İşçi Qrupunun iclası (07-10.02.2011, Garmiş, Almaniya), Dil testi seminarı (07-18.02.2011, Garmiş, Almaniya), “AVKOM 2011” Cavabdehlik İnformasiya Təminatı üzrə konfrans (08-11.02.2011, Ştutqard, Almaniya), FTP-dən əlavə olaraq Terrorizm və Təhlükəsizlik Elmləri üzrə keçiriləcək proqram çərçivəsində təlimatçı qismində iştirak (09.02-21.03.2011, Garmiş, Almaniya), Sahib Ölkə Dəstəyi kursu (14-18.02.2011, Oberamerqau, Almaniya), Mülki – Hərbi Əməkdaşlıq Qərargahı üzrə kurs (14-18.02.2011, NATO Oberamerqau, Almaniya), Azərbaycan-BB ikitərəfli əməkdaşlıq proqramına əsasən “Çoxmillətli Sülhü Dəstəkləmə Əməliyyatlarının planlaşdırılması və qiymətləndirilməsi” kursunda (14-25.02.2011, Vişkov, Çex Respublikası) iştirak nəzərdə tutulub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: