Azərbaycan və İtaliya arasında anlaşma memorandumu imzalanıb
13 Noyabr 2011 Bazar 04:59
Sənəd Azərbaycanın Strateji Araşdırmalar Mərkəzinin İtaliyanın Beynəlxalq Siyasi Elmlər İnstitutu ilə əməkdaşlığını nəzərdə tutur.
Noyabrın 7-12-də Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktor müavini Gülşən Paşayeva İtaliyaya səfər edib. Azərbaycanın İtaliyadakı səfirliyindən ANS PRESS-ə verilən məlumata görə, səfirlik tərəfindən təşkil edilmiş səfər çərçivəsində G.Paşayeva Milan şəhərində olaraq orada yerləşən İtaliyanın aparıcı tədqiqat mərkəzlərindən biri sayılan Beynəlxalq Siyasi Elmlər İnstitutu arasında Anlaşma Memorandumunu imzalayıb. Həmin sənəd iki tədqiqat qurumu arasında mövcud olan əməkdaşlıq münasibətlərinin daha da genişlənməsi üçün şərait yaradacaq.
Bundan əlavə, G.Paşayevanən İtaliyanın Trentio-Alto-Adice regionuna səfəri, Trentino əyalət parlamentinin spikeri Bruno Doriqattio və Alto-Adice yerli hökumətin başçısı Lui Durnvalder ilə görüşləri təşkil edilib. G.Paşayeva həmçinin Trento və Bolzano şəhərlərində yerləşən təhsil və elmi-tədqiqat qurumlarının nümayəndələri ilə görüşərək, SAM-la bu qurumlar arasında əməkdaşlıq imkanlarını müzakirə edib.
Roma şəhərində G.Paşayeva İtaliya parlamentinin Regional məsələlər üzrə parlament komissiyasının, Regionlarla Əlaqələr Nazirliyinin və Romadakı Beynəlxalq Münasibətlər İnstitutunun nümayəndələri ilə görüşüb.
Görüşlərdə Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov iştirak edib.
DOSTLARINLA PAYLAŞ: