Azərbaycan və Ermənistanın XİN rəhbərləri yenidən görüşə bilərlər
18 İyul 2012 Çərşənbə 14:42
Tərəflərin növbəti görüşü Nyu-Yorkda planlaşdırılır.
Azərbaycanın və Ermənistanın XİN rəhbərlərinin növbəti görüşü Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində baş tuta bilər. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə çərşənbə günü Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Nazirin sözlərinə görə, belə bir təkliflə ATƏT-in Minsk qrupunun həmsədrləri çıxış ediblər.
"Həmsədrlər habelə Azərbaycanın və Ermənistanın XİN rəhbərləri ilə ayrıca görüşlərin keçirilməsini də planlaşdırırlar", - Məmmədyarov deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar