Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırır
02 Dekabr 2011 Cümə 15:08
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan ATƏT Xarici İşlər Nazirləri Şurasının Vilnüsdə keçiriləcək toplantısı çərçivəsində görüşməyi planlaşdırır.
APA-nın xəbərinə görə, görüşdə Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya) və Jak Forun (Fransa) da iştirakı gözlənilir. Tərəflərin ATƏT XİN rəhbərlərinin toplantısının gedişində həmsədr ölkələrin xarici işlər nazirləri ilə 3+2 formatında görüşü də istisna olunmur.
Xatırladaq ki, ATƏT XİN başçılarının iclası 6-7 dekabr tarixlərində Litva paytaxtında keçiriləcək.
DOSTLARINLA PAYLAŞ: