Azərbaycan və Ermənistan prezidentlərinin görüşü başa çatıb
08 Oktyabr 2009 Cümə Axşamı 23:45
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü başa çatıb. Görüşün təfərrüatları barədə hələlik heç bir məlumat yoxdur.
Moldovanın paytaxtı Kişinyovda keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü başa çatıb. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunub. ANS TV-nin Kişinyova ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü əvvəlcə geniş tərkibdə, yəni həmsdərlərin iştirakı ilə keçirilib. Sonra danışıqlar qapalı şəkildə davam etdirilib.

Hazırda görüşün təfərrüatları barədə heç bir məlumat yoxdur.

Danışıqlardan sonra həmsədrlərin brifinq keçirəcəyi gözlənilir.ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar