Azərbaycan və Ermənistan prezidentləri görüşdü
10 Avqust 2014 Bazar 17:11
Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Soçidə Dağlıq Qarabağ problemini müzakirə edirlər.
Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Soçidə Dağlıq Qarabağ problemini müzakirə edirlər.

ANS PRESS-in məlumatına görə, görüş "Boçarov Ruçey" iqamətgahında keçirlir. Liderlərin görüşü Dağlıq Qarabağ ətrafında gedən döyüşlərdən sonra görüşün baş tutması zərurəti yaranıb.

Qeyd edək ki, bir gün əvvəl RF prezidenti Vladimir Putin hər iki ölkənin prezidenti ilə ayri-ayrılıqda görüşlər keçirib. Ötən axşam isə prezidentlər sambo üzrə beynəlxalq turniri izləyiblər. Şənbə günü keçirilən görüşlərdə İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin uzandığını və onun tezliklə həll edilməsini diqqətə çatdırıb. Serj Sarkinsyan isə Azərbaycan tərəfinin bölgədəki situasiyaya görə ittiham edib.

Bu gün isə Rusiya prezidenti Putin deyib ki, Azərrbaycan prezidenti bu problemin sülh yolu ilə həll edilməsini söyləyir: "Bilirik ki, təmas xəttində son həftə ərzində baş verən gərginlik səbəbi ilə hər iki tərəfdən ölənlər olub. Əgər ürəkdən istək olsa dondurulmuş bu problemi də yerindən tərpədib həll etmək olar. bunu üçün istər azərbaycan istərsə də Ermənistan xalqının istəyi olmalıdır",- deyə V.Putin bildirib.

Rusiya Prezidenti Dağlı Qarabağ münaqişəsinin SSRİ-dən miras qaldığını xatırladaraq əlavə edib ki, biz hazırda ehtimad göztərək bu problemi həll edə bilərik.


DOSTLARINLA PAYLAŞ:

oyunlar