Azərbaycan və Ermənistan prezidentləri Astanada görüşməyəcək
01 Dekabr 2010 Çərşənbə 14:55
ATƏT-in Astana ofisi görüşün keçirilməyəcəyini bildirib
ATƏT-in Qazaxıstan paytaxtı Astanada təşkil olunan sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın nəzərdə tutulan görüşü keçirilməyəcək. Bu barədə ANS-in Qazaxıstana ezam olunan xüsusi müxbirinə ATƏT-in Astana Ofisindən bildiriblər.

Qeyd edək ki, Azərbaycan və Ermənistanın sammitdə iştirak edən nümayəndə heyətlərindən bu barədə məlumatı nə təsdiq, nə də ki, təkzib ediblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar