Azərbaycan və Ermənistan prezidentləri 8-9 oktyabrda görüşəcəklər
30 Sentyabr 2009 Çərşənbə 15:05
Bu barədə Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu bildirib
Azərbaycan və Ermənistan prezidentləri 8-9 oktyabrda görüşəcəklər. Bu barədə keçirdiyi mətbuat kofnransında Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.

Əhməd Davudoğlu Türkiyə-Ermənistan məsələlərinə də toxunub: "Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ilə əlaqədar önümüzdəki ay ərzində, həftələrdə Türkiyə ilə Ermənistan arasında müzakirələr aparılan protokolları imzalayacağıq. Daha sonra bu məsələdə Qafqazda cərəyan edən hadisələri izləyəcəyik, 8-9 oktyabrda İlham Əliyevlə Serj Sarkisyan görüşəcəklər. Bütün bunlarla həm Ermənistan-Türkiyə münasibətləri, həm də Qarabağ prosesi ilə əlaqədar olaraq Qafqazda daimi və sabit sülhü təmin etməyə çalışacağıq", deyə nazir bildirib.

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin nöbtəi görüşü təşkil etmək üçün oktyabrın 1-də regiona səfər edəcəklər. Prezidentlərin Kişinyovda MDB-nin sammiti çərçivəsində görüşəcəyi gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar