Azərbaycan və Ermənistan iki prinsipi razılaşdıra bilmir
12 Oktyabr 2009 Bazar Ertəsi 11:15
Edvard Nalbandyan “Kommersant” qəzetinə müsahibəsində belə bildirib
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan “Kommersant” qəzetinə müsahibəsində maraqlı açıqlamalarla yadda qalıb. Onun sözlərinə görə, Dağlıq Qarabağ danışıqları üzrə müsbət dinamika olmasaydı, prezidentlərin yeddinci görüşü baş tutmazdı və heç kim dövlət başçılarının yeni görüşlərinin hazırlıqları barədə danışmazdı.

O qeyd edib ki, Madrid sənədlərində bir çox prinsiplərin olmasına baxmayaraq, tərəflər hazırda onlardan ikisini müzakirə edirlər.

“Bu iki pirinsip üzrə razılığa gələriksə, irəliləyəcəyik. Bütün prinsiplər üzrə razılaşma əldə etdiyimiz zaman isə, sülh sazişinə hazırlıq prosesi başlayacaq. Əsas odur ki, tərəflər bunu anlayırlar və həm mövqelər yaxınlaşanda, həm mövqelər uzaqlaşanda bu prosesin davam etdirilməsi naminə öz bəyanatlarında ehtiyatlı olmağa çalışmalıdırlar. Çünki irəliyə doğru addım atmaq və nəhayət ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına imkan yaradacaq razılaşmaya gəlmək hər iki ölkənin maraq dairəsindədir. Bu gizli prinsip deyil. Madrid prinsiplərinin təfərrüatı açıqlanıb və onlardan məlum olur ki, söhbət nədən gedir. Lakin biz onlardan əsas olanlarının üzərində işləyirik. Əgər onlara dair razılaşma əldə olunarsa, biz irəliyə doğru addımlayacağıq”, - deyə Ermənistanın xarici işlər naziri bildirib.ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar