Azərbaycan və Ermənistan əsgərləri arasında atışma olub
07 Avqust 2014 Cümə Axşamı 18:26
Dağlıq Qarabağda Azərbaycan və Ermənistan əsgərləri arasında atışma olub.
Dağlıq Qarabağda Azərbaycan və Ermənistan əsgərləri arasında atışma olub. ANS PRESS-in məlumatına görə, atışma zamanı qarşı tərəfin əsgəri ağır yaralanıb.
Bu barədə erməni mətbuatı yazıb.

Güllə yarası alan Ermənistan ordusunun əsgəri 1995-ci il təvəllüdlü Viktor Abramovdur. O, yaxınlıqdakı hərbi hospitallardan birinə yerləşdirilib.

Qeyd edək ki, son vaxtlar erməni kəşfiyyat-təxribat qrupu cəbhənin müxtəlif istiqamətlərində Ordumuzun mövqelərinə basqınlar edir. Əsgərlərimizin sayıqlığı nəticəsində qarşı tərəf itki verərək geri çəkilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar