Azərbaycan və Ermənistan Batumidə yarışacaq
29 İyul 2009 Çərşənbə 10:10
10 min avro mükafat fondu olan karnaval gələn il qalib ölkədə keçiriləcək

 

Gürcüstanın Batumi şəhərində "Qızıl dəri" karnavalı keçiriləcək. "Biznes Qruziya"nın məlumatına görə, karnavalın avqust ayının 20-23-də keçirilməsi nəzərdə tutulub.

Gürcüstanın turizm və kurort üzrə departamentin rəhbəri Petr Kankava karnavalın iştirakçı ölkələr arasında mədəni əlaqələrin və turizm potensialının inkişafına yardım edəcəyini bildirib.

Hələlik karnavalda iştirak etmək üçün Azərbaycan, Yunanıstan, Rumıniya, Bolqarıstan, Ukrayna, Litva, Ermənistan, Yunanıstan, Polşa, Latviyadan olan qruplar müraciət ediblər.

Bu ildən başlayacaq karnavalın ənənəvi olaraq hər il qalib ölkədə keçirilməsi planlaşdırılır. Karnavalın mükafat fondu isə 10 min avrodur

Karnavala təhsil ocaqları, şirkətlər, peşəkar və həvəskar yaradıcı qruplar qatıla bilərlər. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar