Azərbaycan və BƏƏ insan alverinə qarşı birgə mübarizə aparacaq
22 Mart 2011 Çərşənbə Axşamı 11:08
Elmar Məmmədyarov Əbu-Dabidə BƏƏ-li həmkarı ilə görüşüb.
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Əbu-Dabidə BƏƏ-li həmkarı Şeyx Abdullah bin Zayid əl-Nahyan ilə görüşüb. Bu barədə BƏƏ-nin WAM xəbər agentliyi məlumat yayıb.
Nazirlər ikitərəfli münasibətləri, xüsüsilə də siyasət, iqtisadiyyat və investisiya sahələrində münasibətləri və onların möhkənləndirməsinin yollarını müzakirə ediblər.
Görüşün sonunda Azərbaycanla BƏƏ arasında insan alverinə qarşı mübarizədə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: