Azərbaycan UNESCO-nun dörd yardımçı qurumuna üzv seçilib
05 Noyabr 2011 Şənbə 03:37
Təşkilatın Baş Konfransının sessiyasında yardımçı qurumlara seçkilər keçirilib.
UNESCO Baş Konfransının 36-cı sessiyası çərçivəsində təşkilatın yardımçı qurumlarına seçkilər keçirilib. Azərbaycan qurumun nəzdində fəaliyyət göstərən Beynəlxalq Hidroloji və Kommunikasiyanın inkişafı üzrə beynəlxalq proqramların hökumətlərarası şuralarına, habelə Fiziki təhsil və İdman üzrə Hökumətlərarası Komitəyə yekdilliklə dörd illik müddətə üzv seçilib.
Eyni zamanda, Azərbaycan gərgin mübarizə şəraitində keçən seçkilərdə UNESCO-nun “Qeyri-qanuni mənimsənilən mədəni mülkiyyətin restitusiyası və mənsub ölkəyə qaytarılmasının təşviq edilməsi” üzrə Hökumətlərarası Komitəyə səs çoxluğu ilə seçilib.
DOSTLARINLA PAYLAŞ: