Azərbaycan Ümumdünya Gömrük Təşkilatının Maliyyə Komitəsinə üzv seçilib
25 İyun 2011 Şənbə 20:09
Təşkilatın Gömrük Əməkdaşlıq Şurasının 117-118-ci sessiyası başa çatıb.
İyunun 23-dən 25-dək Belçika Krallığının Brüssel şəhərində, Ümumdünya Gömrük Təşkilatının Baş qəraragahında Gömrük Əməkdaşlıq Şurasının 117-118-ci sessiyası keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.
Dövlət Gömrük Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, sessiyanın işinə Ümumdünya Gömrük Təşkilatına üzv olan 177 ölkəinin nümayəndələri, eləcə də bəzi beynəlxalq təşkilatların və özəl sektorun təmsilçiləri qatılıb.
Sessiyada ilk öncə Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya hesabatla çıxış edib, Gömrük Əməkdaşlıq Şurasının keçənilki sessiyasından ötən müddət ərzində ÜGT tərəfindən gerçəkləşdirilən tədbirlər barədə iclas iştirakçılarına ətraflı məlumat verib.
Xatırladaq ki, sessiya çərçivəsində Ümumdünya Gömrük Təşkilatına seçkilər də keçirilib, Azərbaycan Gömrük Xidməti bu qurumun Maliyyə Komitəsinə üzv seçilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: