Azərbaycan Türkiyədən 3 milyard dollarlıq helikopter alacaq
04 Fevral 2013 Bazar Ertəsi 10:36
Bu qiymətə ölkəyə 60 ədəd "T-129 ATAK" gətiriləcək.
Azərbaycan Türkiyədən 60 ədəd "T-129 ATAK" helikopertləri alacaq. ANS PRESS-in "Sabah"a istinadən verdiyi məlumata görə, “ATAK” saatda 300 km sürətlə yığır, istənilən hava şəraitində, gecə və gündüz uçuş həyata keçirə bilir.
Bu modeli Türkiyə İtaliya ilə birgə istehsal edir. Helikopertin özülü hesab edilən kompüter də Türkiyə istesahlı olacaq.
Türkiyə mətbuatı 60 ədəd helipokterin Azərbaycana 3 milyard dollara başa gələcəyini yazıb.
“ATAK”lar Azerbaycandan sonra Birləşmiş Ərəb Əmirlikləri, Malayziya, Pakistan, İordaniyaya da ixrac ediləcəyi nəzərdə tutulub.
DOSTLARINLA PAYLAŞ: