Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri Naxçıvandadırlar
07 Mart 2012 Çərşənbə 11:09
Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri Naxçıvan şəhərinə gəliblər.
APA-nın Naxçıvana ezam olunmuş müxbirinin məlumatına görə, xarici işlər nazirləri bu gün səhər əvvəlcə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşüblər. Görüş mediaya qapalı keçib.
Daha sonra nazirlərin təkbətək görüşü keçirilib.
Bu gün nazirlərin üçtərəfli və geniş tərkibli görüşləri planlaşdırılır. Görüşdən sonra nazirlər mətbuat konfransı keçirəcəklər.
DOSTLARINLA PAYLAŞ: