Azərbaycan-Türkiyə münasibətlərini pozmağa yönələn nədi?
02 Dekabr 2010 Cümə Axşamı 14:35
Prezident Administrasiyasının şöbə müdiri bu fikirlə çıxış edib
“Turqut Ərin yazdığı kitab Azərbaycanla Türkiyə arasında mövcud olan münasibətləri korlamağa yönəlib”. Bunu Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin müdiri Əli Həsənov deyib. O bildirib ki, bu cür hadisələr elə-belə baş vermir və bununla Türkiyə ilə Azərbaycan arasında mövcud olan münasibətləri pozmaq istəyirlər:

“Bizim uluöndərlərimizin, liderlərimizin, qurtuluşumuzun əsasında duran şəxsiyyətlərin müzakirəsi yol verilməzdir. Ona görə də, Turqut Ərin yazısı nəinki onun özünə, eyni zamanda onun təmsil etdiyi diplomatik xidmətə, onun təmsil etdyi ölkəyə də başucalığı gətirmir. Bu tipli hadisələr əlbəttə elə- belə baş vermir. Biz əminik ki, bu dəqiqə Türkiyədə, eləcə də Azərbaycanda və kənarlarda hər iki ölkə arasındakı analoqu olmayan münasibətləri korlamaq üçün gecə-gündüz cəhd göstərın qüvvəlır mövcuddur. Əminəm ki, Turqut Ərlərin də bu istiqamətdə yazıları o dairlərlə bu və digər şəkildə bağlıdır”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar