Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə olunub
17 Avqust 2010 Çərşənbə Axşamı 12:50
Səfər Əbiyev Türkiyənin Müdafiə Sənayesi müşavirini qəbul edib.
Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Müdafiə Nazirliyinin Müdafiə Sənayesi müşaviri Murad Bayarı qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında imzalanmış strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə barədə fikir mübadiləsi aparılıb, ölkələr arasında hərbi əməkdaşlığın inkişaf dinamikası müzakirə olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar