Azərbaycan təşkilatından Fransaya etiraz
09 Yanvar 2012 Bazar Ertəsi 00:50
İsveçdəki Azərbaycan və türk diaspor təşkilatlarının rəhbərləri Fransaya etiraz məktubu yazıblar.
İsveçdəki Azərbaycan və türk diaspor təşkilatlarının rəhbərləri Fransa Milli Assambleyasının qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi ədalətsiz qərarına etiraz bildiriblər. Fransanın İsveçdəki səfirliyinə göndərilmiş etiraz məktubunu İsveç-Azərbaycan Federasiyasının sədri Səttar Sevigin və Atatürkçü Düşüncə Mərkəzinin rəhbəri Mustafa Sönməz imzalayıb.
Məktub müəllifləri Fransa Milli Assambleyasının qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasına dair qanun layihəsini təsdiqləməsini qətiyyətlə pisləyib.
On iki QHT tərəfindən dəstəklənmiş bu etiraz məktubu ilə yanaşı Fransanın İsveçdəki səfirliyinə Kamran Gürün ingilis dilində olan “Erməni dosyesi” kitabı da təqdim edilib.
DOSTLARINLA PAYLAŞ: