Azərbaycan tələbələr Fransa prezidentinə müraciət ediblər
02 Mart 2013 Şənbə 10:59
Onlar Parisdə Milli Assambleyanın binasında iki azərbaycanlının döyülməsində iştirak edənlərin cəzalandırılmasını tələb edirlər
Azərbaycan tələbələri Fransa Prezidenti Fransua Ollanda müraciət ediblər. Gənclər və İdman Nazirliyinin mətbuat xidmtindən ANS PRESS-ə verilən məlumata görə, tələbələr Parisdə Milli Assambleyanın binasında iki azərbaycanlının döyülməsi faktı ilə əlaqədar müraciət ediblər.

"Biz 2013-cü il fevralın 26-da Fransa Milli Assambleyasında baş verən hadisələrlə əlaqədar Sizə müraciət edirik. Sizin ölkənizin hər bir vətəndaşının prezidentin Konstitusiyaya riayət edilməsinin qarantı olmasını başa düşməsi üçün siz tədbir görməsəniz, bu beşinci Fransa Respublikasının tarixində biabırçı ləkə ola bilər. İnanılmazdır, lakin Avropanın mərkəzində, parlament binasında, parlament deputatlarının gözü önündə "mədəni insanlar" qapıları bağlayaraq gənc insanlara divan tutmağı özlərinə rəva biliblər! Nə üçün? Yalnız ona görə ki, onlar azad fikir bildirmək hüququna tam uyğun olaraq digər rəy söyləyiblər".

Cənab prezident! Bəlkə Fransa qanunlarında fikirlərinə görə fiziki zorakılığa haqq qazandıran maddələr var? Bəlkə bu qanunlarda deyilir ki, insanları kiminsə xoşuna gəlmədiyi üçün döymək olar?"

Tələbələr Fransa prezidentinin diqqətinə çatdırıblar ki, azərbaycanlıların döyülməsi Milli Assambleyanın üzvü Fransua Roşeblounun gözü önündə baş verib.Bundan əlavə o, gənc qızı döyməyə çağıranlardan biri olub.

"Biz inanaır ki, hüquqi dövlətdə döyülmədə günahı olanlar cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Biz tələb edirik ki, siz günahkarların cəzalandırılması üçün dərhal tədbir görəsiniz. Biz ədalət istəmirik, qanunlarını yerinə yetirilməsini tələb edirik. Biz sizdən bunu tələb edirik”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar