Azərbaycan tapança ixracına hazırlaşır
19 May 2010 Çərşənbə 11:15
Müdafiə Sənayesi Nazirliyi artıq bəzi sifarişlər alıb.
Azərbaycan istehsalı olan tapançaların xaricə ixracı planlaşdırılır. Bu barədə müdafiə sənayesi naziri Yavər Camalov məlumat verib.

Hazırda xarici şirkətlərin Azərbaycan istehsalı olan “İnam”, “Zəfər” və “Zəfər-K” tapançalarına maraq göstərdiklərini deyən nazir, bəzi sifarişlər aldıqlarını da açıqlayıb: “Bəzi şirkətlər bizdən tapança istəyiblər. Onlar tapançaların testlərini keçirdikdən sonra sifariş verəcəklər”.

Y. Camalov artıq Azərbaycan Ədliyyə Nazirliyinə 200 ədəd tapançanın təhvil verildiyini söyləyib. O, Sərhəd Qoşunlarından 600 tapança sifarişi aldıqlarını və hazırda həmin silahların üzərində iş getdiyini bildirib.

Qeyd edək ki, tapançaları Müdafiə Sənayesi Nazirliyinin “İqlim” zavodu Türkiyənin TİSAŞ şirkəti ilə birlikdə istehsal edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar