Azərbaycan Tanzaniyaya nota verib
27 İyul 2012 Cümə 12:21
Notada Dağlıq Qarabağ ilə bağlı viza məsələsinin tezliklə həlli tələb olunur.
Azərbaycan Xarici İşlər Nazirliyi Tanzaniya Xarici İşlər Nazirliyinə nota verib. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.

Notada nazirliyin rəsmi saytında Dağlıq Qarabağ ilə bağlı məsələnin tezliklə həlli tələb olunur. Notanı Tanzaniya XİN-ə Azərbaycanım Misirdəki səfirliyi göndərib. Hələlik notaya cavab gəlməyib. Xatırladaq ki, Ermənistan KİV-in məlumatına görə, Tanzaniya XİN öz rəsmi saytında səfər etmək üçün viza tələb olunan ölkələrin siyahısına qondarma “Dağlıq Qarabağ Respublikası”nın da adını daxil edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar