Azərbaycan Taliban ilə danışıqlara cəhd edir
09 İyul 2011 Şənbə 13:00
Azərbaycan Taliban ilə danışıqlara cəhd edir. Komissiya hələ də hadisə yerinə çata bilməyib.
Azərbaycan tərəfi Əfqanıstanda qəzaya uğrayan yük təyyarəsi ilə bağlı araşdırma aparmaq, qəza yerinə yaxınlaşmaq, cəsədləri və təyyarənin qalıqlarını götürmək üçün Əfqanıstanın rəsmi qurumları ilə yanaşı, həmin əraziyə nəzarət edən “Taliban” qüvvələri ilə də danışıqlar aparmağa cəhd göstərir.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan təyyarəsinin Əfqanıstanda qəzaya uğramasının səbəblərini araşdırmaq üçün yaradılan komissiyanın Azərbaycan tərəfdən rəhbəri “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin vitse-prezidenti İlham Əmirov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, hadisə baş verən ərazidə döyüşlər getdiyi üçün həmin əraziyə yaxınlaşmaq mümkün olmayıb: “Əfqanıstanın Nəqliyyat Nazirliyi NATO qüvvələri ilə birlikdə iki dəfə əraziyə yaxınlaşmağa cəhd göstərib. Lakin hər iki cəhddə havaya qalxan helikopterlər yerdən atəşə tutulub. Məhz buna görə də onlar ərazidən uzaqlaşmalı olublar. Buna baxmayaraq, ikinci cəhd zamanı qəza baş verən ərazidə foto çəkilişlər aparmaq mümkün olub. Çəkilmiş fotolardan qəzaya uğrayan təyyarənin bizə məxsus olduğunu müəyyən edilib”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar