Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub
03 Aprel 2009 Cümə 10:15
Bütün hallarda düşmən cavab atəşilə susdurulub, itki yoxdur

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 2-də atəşkəs rejimini yenidən pozub. Aprelin 2-i saat 08.10-dan başlayan atışma fasilələrlə aprelin 3-ü saat 00.40-dək davam edib. Erməni ordusu Füzuli rayonunun ərazisindəki adsız yüksəklikləri və Qaraxanbəyli kəndi, eləcə də Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin məlumatına görə, bütün hallarda düşmən cavab atəşilə susdurulub, itki yoxdur./ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar