Azərbaycan sərhədçiləri Xəzərdə Türkmənistan gəmisini saxlayıblar
26 İyul 2012 Cümə Axşamı 15:36
Gəmi "Kəpəz" neft yatağının yaxınlığında saxlanılıb.
Azərbaycan sərhədçiləri Xəzər dənizinin Azərbaycana məxsus bölməsində Türkmənistana məxsus gəmiyə baxış keçirib. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, iyulun 24-də Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisi tərəfindən Xəzər dənizinin Azərbaycana mənsub bölməsinin mərkəzi istiqamətində, "Kəpəz" neft yatağının cənub-qərbində üzmə rejiminə nəzarət zamanı Türkmənistana məxsus "Günxan" balıqçı gəmisinə baxış keçirilib. Müvafiq registr sənədləri təqdim edilmədiyinə görə gəmi saxlanılıb.
Gəmi müvafiq tədbir görülməsi üçün Türkmənistan Sərhəd Xidmətinin sərhəd gözətçi gəmisinə rəsmi qaydada təhvil verilib.
DOSTLARINLA PAYLAŞ: