Azərbaycan səfəri Türkiyədə hərbi problemi aradan qaldırdı
09 Avqust 2010 Bazar Ertəsi 01:00
“Baş qərargah rəisi vəzifəsinə ordu generalı İşıq Koşaner, quru qoşunları komandirliyinə isə Erdal Ceylanoğlu təyin olunacaq”.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Ali Hərbi Şurada komandirlərin təyinatı ilə bağlı problemin həll olunduğunu bildirib. Baş nazir Ərdoğan Baş qərargah rəisi və Quru qoşunları komnadiri vəzifələrinə kimin təyin olunması məsələsində ortaq məxrəcə gəldiklərini bildirib. Ərdoğan hazırlanan təklifləri prezident Abdullah Gülə təqdim edəcəklərini deyib: “Hesab edirəm ki, axşama təkliflərimizi prezidentə təqdim edəcəyik. Hazırlıqlarımız başa çatmaq üzrədir və böyük ölçüdə ortaq məxrəcə gəlmişik”.
Xatırladaq ki, avqustun 1-də başlayan Ali Hərbi Şurada hökumət Quru qoşunları komandiri vəzifəsi üçün təklif olunan Ordu generalı Həsən İğsizə veto qoymuşdu. Bu vetodan sonra sabiq Jandarma qüvvələrinin komandiri Ordu generalı Atilla İşığın istefa verməsi ilə daha da çıxılmaz vəziyyət yaranmışdı. Bu gərginlik Baş qərargah komandirinin təyanatında da öz əksini tapdı. Ordu generalı İşıq Koşanerin adı Ali Hərbi şuranın təyinat siyahısına salınmamışdı.
Baş nazir Rəcəb Tayyib Ərdoğan ötən gün jurnalitlərə açıqlamasında hökumətlə hərbçilər arasındakı qalmaqalın bitdiyini bildirmişdi.
Qeyd edək ki, Türkiyə prezidenti Abdullah Gülün Azərbaycana gözlənilən rəsmi səfəri səbəbilə hökumət hərbçilərlə ortaq məxrəcə gələrək hazırladığı təyinat siyahısını prezidentə təqdim edib.
“Cihan” agentliyinin yaydığı məlumata görə, Baş qərargah rəisi vəzifəsinə ordu generalı İşıq Koşaner, quru qoşunları komandirliyinə isə 1-ci ordu komandiri Erdal Ceylanoğlu təyin olunacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: