Azərbaycan Rusiyanın qadağa siyahısında
07 Avqust 2014 Cümə Axşamı 15:29
Gürcüstan, Azərbaycan, Ermənistan və Türkiyəyə RF hava sahəsi vasitəsi ilə Ukrayna aviaşirkətlərinin tranzit reyslərini dayandırılıb.
Rusiya Ukrayna aviaşirkətlərinin tranzit reyslərini qadağan edib.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya Federasiyasının baş naziri Dmitri Medvedev bildirib. O qeyd edib ki, Rusiya Gürcüstana, Azərbaycana, Ermənistana və Türkiyəyə RF hava sahəsi vasitəsi ilə Ukrayna aviaşirkətlərinin tranzit reyslərini dayandırıb.

Bu qərar "Xüsusi iqtisadi ölçülər haqqında" qanunda da öz əksini tapıb. Dövlət duması tərəfindən qəbul edilib. Sözügedən qanun 2006-cı ilin dekabrında Rusiya prezidenti tərəfindən imzalanıb. Qanun beynəlxalq fövqəladə vəziyyətin yaranması halında xüsusi müvəqqəti iqtisadi ölçülərin tətbiqi üçün hüquqi əsasların yaradılmasına yönəldilib.

Bu qanun beynəlxalq-qeyri-qanuni əmələ və ya xarici dövlətin düşməncəsinə hərəkətinə təxirəsalınmaz reaksiyanı tələb edir. Rusiya Federasiyası bu qanun vasitəsi ilə öz maraqlarını və təhlükəsizliyini təmin edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar