Azərbaycan Rusiyadakı səfirliyini bağlamaq niyyətində deyil
07 Avqust 2010 Şənbə 15:35
Elxan Poluxov: “Bizim səfirlik normal işləyir, heç bir narahatçılıq yoxdur”.
"Azərbaycanın Rusiyadakı səfirliyinin işini dayandırmaq və ya əməkdaşlarını müvəqqəti olaraq geri çağırmaq kimi bir planı yoxdur". Bu sözləri ANS PRESS-ə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov bildirib.

“Azərbaycanın Rusiyadakı səfirliyinin fəaliyyəti üçün heç bir narahatçılıq yoxdur. Yanğınlar və ya paytaxt Moskvada yaranan kəskin iy bizim səfirliyin işinə təhlükə törətmir. Odur ki, səfirliyin işini dayandırmaq, əməkdaşları müvəqqəti geri çağırmaq kimi bir planımız yoxdur”, - deyə o əlavə edib.

Qeyd edək ki, Rusiyada son günlər genişmiqyaslı yanğınlar baş verir. Bu yanğınlar Moskva ətrafında da müşahidə olunur. Hətta paytaxt ətrafındakı meşələrin yanması Moskvada hava mühitini də kəskinləşdirib. Bu səbəbdən Avstriya, Kanada və Polşa artıq bir neçə gündür ki, Rusiyadakı səfirliyini bağlayıb, əməkdaşları isə yanğınlar dayananadək geri çağırıb. Almaniya isə analoji addımı bu gün atıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar