Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü olub
06 Noyabr 2010 Şənbə 19:10
Üçtərəfli danışıqlarda Dağlıq Qarabağla bağlı bir sıra mühüm məsələlər müzakirə olunub.
Bu gün Rusiyanın paytaxı Moskva şəhərində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, eləcə də onun Rusiya və ermənistanlı həmkarı Serqey Lavrov və Edvard Nalbandyanın işçi görüşü keçirilib.
ANS PRESS-in Rusiya kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, prezidentlərin oktyabrın 27-də Həştərxanda keçirilən üçtərəfli görüşündə əldə edilmiş razılığa əsasən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı bir sıra aktual məsələlər bu gün xarici siyasət idarələrinin rəhbərlərinin keçirdikləri görüşün əsas müzakirə obyekti olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: