Azərbaycan Rusiya ilə danışıqlar aparacaq
11 Yanvar 2012 Çərşənbə 21:34
Prezident İlham Əliyev Qəbələ RLS-in icarəsi və istifadəsi ilə bağlı danışıqların aparılması üçün xüsusi heyətin yaradılması ilə bağlı təlimat verib.
Azərbaycan prezidenti İlham Əliyev Qəbələ Radiolokasiya Stansiyasının icarəsi və istifadəsi ilə bağlı danışıqların aparılması üçün xüsusi heyətin yaradılması ilə bağlı təlimat verib. Təlimata əsəsən milli heyət Rusiya ilə razılıq əldə etmək üçün danışıqlar aparacaq.
Razılığa əsasən, Rusiyanın Qəbələ RLS-in istifadəsinə və icarəsinə görə 10 il müddətinə hər il 7 milyon dollar ödəyəcəyi planlaşdırılır.
Qeyd edək ki, Rusiya mətbuatı Azərbaycanda yeni RLS tikəcəyini yazırdı. Yeni radiolakasiya sisteminin Qəbələ RLS-i əvəz edəcəyi gözlənilir. Stansiyanın quraşdırılmasının 2017-2019-cu illərdə planlaşdırılsa da, hər şeyin Azərbaycanın iradəsindən asılı olduğu da deyilirdi.
DOSTLARINLA PAYLAŞ: