Azərbaycan RRB-nin iclasında iştirak edəcək
28 Mart 2011 Bazar Ertəsi 22:48
Tədbirdə poçt xidmətlərinə dair bir çox vacib məsələlər müzakirə olunacaq
Bu həftə aprelin 1-də Qazaxıstanın Almatı şəhərində Regional Rabitə Birliyinin (RRB) Poçt Rabitəsi üzrə Komissiyasının 32-ci və RRB-nin Poçt Rabitəsi Operatorları Şurasının 21-ci bircə iclası keçiriləcək. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbirdə poçt xidmətlərinin bütövlüyü, davamlılığı və təhlükəsizliyinə dair məsələlər, birgə poçt markalarının buraxılması layihəsi, eləcə də RRB çərçivəsində ekspress-poçt (EMS) sisteminin yaradılmasına dair konsepsiyanın həyata keçirilməsi və digər vacib istiqamətlər müzakirə olunacaq.

Qeyd edək ki, birgə iclasdan qabaq 29-31 mart tarixlərində Ümumdünya Poçt İttifaqının “Xidmət keyfiyyətinin yüksəldilməsi” adlı Strateji regional layihəsi çərçivəsində, yerlərdə təyin olunmuş poçt operatorlarına köməkliyin göstərilməsi üzrə regional yanaşmaya dair məsələlərə həsr olunmuş seminar keçiriləcək

Qeyd edək ki, Azərbaycanı tədbirlərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Poçt sektorunun müdiri Novruz Məmmədov təmsil edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar