Azərbaycan Prezidentinin Soçiyə səfəri başa çatdı
06 Mart 2011 Bazar 01:31
Dövlət başçısı artıq Bakıdadır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri başa çatıb. AzərTAc dövlət agentliyinin məlumatına görə, Azərbaycan dövlətinin başçısını Soçinin “Adler” Beynəlxalq aeroportunda şəhərin meri Anatoli Paxomov və digər rəsmi şəxslər yola salıblar.

***

Dövlət başçısı ötən axşam Bakıya qayıdıb. Azərbaycan Prezidentini Heydər Əliyev Beynəlxalq aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar