Azərbaycan prezidenti Xorvatiya xalqını təbrik edib
24 İyun 2011 Cümə 19:57
İlham Əliyev İvo Yosipoviçə təbrik məktubu ünvanlayıb.
Azərbaycan prezidenti İlham Əliyev Xorvatiya prezidenti İvo Yosipoviçə təbrik məktubu göndərib. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir:

“Hörmətli cənab prezident, Xorvatiya Respublikasının milli bayramı – Dövlətçilik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Xorvatiya arasında yaranmış dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Xorvatiya xalqına sülh və tərəqqi arzulayıram”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar