Azərbaycan prezidenti Rusiyaya yola düşüb
15 May 2012 Çərşənbə Axşamı 12:00
Azərbaycan prezidenti İlham Əliyev mayın 15-də Moskvaya işgüzar səfərə yola düşüb.
APA-nın məlumatına görə, dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.

Səfərin məqsədi MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etməkdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar