Azərbaycan prezidenti qvatemalalı həmkarını təbrik edib
13 Yanvar 2012 Cümə 19:17
İlham Əliyev Otto Fernando Perez Molinaya məktub ünvanlayıb.
Prezident İlham Əliyev Qvatemala Respublikasının prezidenti Otto Fernando Perez Molinaya təbrik məktubu ünvanlayıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir:

"Qvatemala Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Qvatemala arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək".

İlham Əliyev Otto Fernando Perez Molinaya möhkəm cansağlığı, xoşbəxtlik, dost Qvatemala xalqının rifahı naminə qarşıdakı fəaliyyətində uğurlar diləyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar