Azərbaycan prezidenti NATO baş katibinin müavinini qəbul edib
08 İyul 2011 Cümə 18:12
Azərbaycan prezidenti İlham Əliyev iyulun 8-də NATO-nun baş katibinin müavini Qabar İklodini qəbul edib.
APA-nın məlumatına görə, görüşdə Azərbaycanla NATO arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, ölkəmizdə həyata keçirilən birgə layihələrin önəmi qeyd olunaraq Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliklə NATO-nun Təchizat və Təminat Agentliyinin birgə həyata keçirdiyi partlamamış mərmilərin təmizlənməsi layihəsinin başa çatmasından məmnunluq ifadə olunub.

Görüşdə, həmçinin terrorizmə qarşı mübarizə, enerji və kibertəhlükəsizlik sahələrində əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar