Azərbaycan prezidenti MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında
21 Dekabr 2011 Çərşənbə 01:08
Dekabrın 20-də Rusiyanın paytaxtı Moskvada, Böyük Kreml sarayında MDB Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclası keçirilib.
APA-nın verdiyi xəbərə görə, Azərbaycan prezidenti İlham Əliyev iclasda iştirak edib.
Rusiya Federasiyasının prezidenti Dmitri Medvedev Azərbaycan prezidenti İlham Əliyevi və iclasın digər iştirakçılarını qarşılayıb.
Prezident Dmitri Medvedev iclası açaraq görüşdə iştirak etdiklərinə görə Birliyin üzvü olan ölkələrin dövlət başçılarına təşəkkürünü bildirib.
Sonra Birliyin sədri, Tacikistan prezidenti Emoməli Rəhmon, Azərbaycan prezidenti İlham Əliyev və MDB-nin üzvü olan digər ölkələrin dövlət başçıları çıxış ediblər.
İclasın yekunlarına dair Birgə Bəyanat qəbul olunub.
Həmin gün Böyük Kreml sarayında MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclası iştirakçılarının şərəfinə ziyafət verilib.
prezidenti İlham Əliyev ziyafətdə iştirak edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar