Azərbaycan prezidenti İsveçrəli həmkarını təbrik edib
30 İyul 2011 Şənbə 15:42
İlham Əliyev Mişelin Kalmi-Reyə Konfederasiyanın yaranması günü münasibətilə məktub göndərib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Mişelin Kalmi-Reyə məktub göndərib.ANS PRESS-in Prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir:

“Hörmətli xanım Prezident, Milli bayramınız – Konfederasiyanın yaranması günü münasibətilə Sizə və xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Azərbaycan-İsveçrə münasibətləri özünün dinamik inkişafı ilə səciyyələnir. Əminəm ki, dost ölkələrimizi və xalqlarımızı birləşdirən çoxşaxəli əlaqələrin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da fəal şəkildə davam etdirəcəyik.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsveçrə xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar