Azərbaycan prezidenti ilin sonunda Ukraynaya səfər edəcək
19 İyul 2010 Bazar Ertəsi 14:20
Səfər çərçivəsində Azərbaycan-Ukrayna Prezidentlər Şurasının ikinci iclasının keçirilməsi planlaşdırılır.
Azərbaycan prezidenti İlham Əliyev ilin sonunda Ukraynaya rəsmi səfər edəcək. APA-nın məlumatına görə, bu barədə Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko Bakıda keçirdiyi mətbuat konfransında bildirib. O, Azərbaycan prezidentinin Ukraynaya səfərinə hazırlıq məsələlərini Elmar Məmmədyarovla görüşdə müzakirə etdiyini deyib. Səfərin dəqiq vaxtı diplomatik kanallar vasitəsilə dəqiqləşdiriləcək. Azərbaycan prezidentinin Kiyevə səfəri zamanı Azərbaycan-Ukrayna Prezidentlər Şurasının iclasının keçirilməsi planlaşdırılır. Xatırladaq ki, bu Şuranın ilk iclası ötən il aprelin 9-da Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenkonun Azərbaycana səfəri zamanı keçirilib. Dövlət başçısının səfəri ərəfəsində həmçinin Ukrayna-Azərbaycan hökumətlərarası komissiyanın 8-ci iclası da keçiriləcək. APA
DOSTLARINLA PAYLAŞ: