Azərbaycan prezidenti dünyanın ən nüfuzlu müsəlman liderlərindən biri elan olunub
21 Noyabr 2009 Şənbə 10:55
Azərbaycan prezidenti İlham Əliyev dünyanın ən nüfuzlu müsəlman liderlərindən biri elan olunub.
APA-nin Vaşinqton müxbirinin xəbərinə görə, ABŞ-ın Corctaun Universiteti “500 ən nüfuzlu müsəlman”ın siyahısını dərc edib.
Universitetin şahzadə Əl-Valid Bin Təlal Müsəlman-Xristian Anlaşması Mərkəzi dünyanın elm, siyasət, idarəetmə, genealogoya, gənclər, inkişaf və digər sahələrdə görkəmli müsəlman xadimlərinin adını açiqlayıb. Prezident İlham Əliyev Misir prezidenti Hüsnü Mübarək, İran prezidenti Mahmud Əhmədinejad və Əfqanıstan prezidenti Həmid Karzai ilə birlikdə görkəmli müsəlman siyasətçisi və liderlərindən biri elan olunub.
Hesabatda bildirilir ki, İlham Əliyevin mülayim islam mədəniyyətinə dəstəyi ölkə əhalisinin tələblərinin göstəricisidir.
Hesabatda daha üç azərbaycanlı – Allahşükür Paşazadə və İlqar İbrahimoğlu elm, Alim Qasımov isə mədəniyyət xadimi kimi qeyd olunub. APA
DOSTLARINLA PAYLAŞ: