Azərbaycan prezidenti Belçikaya yola düşüb
14 Fevral 2012 Çərşənbə Axşamı 16:09
Azərbaycan prezidenti İlham Əliyev fevralın 14-də Belçika Krallığına işgüzar səfərə yola düşüb.
APA-nın məlumatına görə, səfərin məqsədi sabah Brüsseldə keçiriləcək NATO-Azərbaycan məsləhətləşmələrində iştirak etməkdir.
Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.
DOSTLARINLA PAYLAŞ: