Azərbaycan Pakistana 2 milyon dollar ayırdı
27 Oktyabr 2011 Cümə Axşamı 18:24
Hökumət bu ölkədə daşqından zərərçəkmiş insanlara humanitar yardım göstərilməsi barədə qərar qəbul edib.
Azərbaycan hökuməti bu gün Pakistan İslam Respublikasının cənubunda musson yağışları nəticəsində baş vermiş daşqın və dağıntılardan zərərçəkmiş insanlara humanitar yardım göstərilməsi barədə qərar qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu məqsədilə 2 milyon ABŞ dolları məbləğində vəsait ayrılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: