Azərbaycan Ordusunun əsgəri xəstəlikdən vəfat edib
26 Noyabr 2012 Bazar Ertəsi 10:52
Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb
Azərbaycan Ordusu daha bir əsgərini itirib. APA-nın məlumatına görə, Tərtərdə xidmət edən əsgər, 19 yaşlı Fəhmin Ceyhun oğlu İsgəndərov ağır vəziyyətdə Müdafiə Nazirliyinin Bakıdakı hərbi hospitalına gətirilib. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev APA-ya faktı təsdiqləyib. F. İsgəndərov hospitalda ürək-damar, tənəffüs çatışmazlığından dünyasını dəyişib.

Mərhum F. İsgəndərov 2012-ci ildə Şamaxı rayonundan həqiqi hərbi xidmətə çağırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar