Azərbaycan Ordusunun əsgəri şəhid olub
17 Yanvar 2011 Bazar Ertəsi 16:55
Azərbaycan Ordusunun əsgəri şəhid olub. Cəbhədə sakitlik yenidən pozulub.
Azərbaycan Ordusunun əsgəri düşmən gülləsinə tuş gəlib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu gün saat 12.30 radələrində Ermənistan silahlı bölmələrinin Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığındakı mövqelərdən açdığı atəş nəticəsində əsgər Məmməd Rasim oğlu Azadəliyev şəhid olub.

1990-cu il təvəllüdlü Məmməd Azadəliyev 2010-cu ilin oktyabr ayında Sumqayıt Şəhər Hərbi Komisarlığından həqiqi hərbi xidmətə çağırılıb.

Məlumata görə, düşmən cavab atəşi ilə susdurulub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar