Azərbaycan Ordusunun əsgəri şəhid oldu
08 İyun 2012 Cümə 11:19
Səadətdin Məmmədov cəbhənin Tovuz rayonu istiqamətində minaya düşüb.
Azərbaycan Ordusunun əsgəri minaya düşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə cəbhənin Tovuz rayonu istiqamətində qeydə alınıb.
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində minanın partlaması nəticəsində, Milli Ordunun əsgəri, 19 yaşlı Səadətdin Müslüm oğlu Məmmədov şəhid olub.
Səadətdin Məmmədov Goranboy Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
DOSTLARINLA PAYLAŞ: