Azərbaycan Ordusunun daha bir əsgəri şəhid olub
18 May 2009 Bazar Ertəsi 13:35
Ötən gecə ermənilərin atəşkəsi pozması nəticəsində bir əsgər isə yaralanıb

Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun daha bir əsgəri şəhid olub. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, şəhid olan əsgər Sumqayıt şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdı. Tovuz rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan daha bir əsgərimiz isə yaralanıb. Məlumata görə, əsgərlər ötən gecə Cəbrayıl rayonu Çocuqmərcanlı kəndi istiqamətində baş verən atışma nəticəsində zərər çəkiblər.
Əsgərlərin şəxsiyyətləri hələlik bəlli deyil. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar