Azərbaycan NATO PA-nın sessiyasında iştirak edəcək
25 May 2011 Çərşənbə 15:03
Nümayəndə heyəti Bolqarıstana yola düşəcək.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 27-dən 30-dək Bolqarıstanın Varna şəhərində keçiriləcək NATO Parlament Assambleyasının yaz sessiyasında iştirak edəcək. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlar Məlahət İbrahimqızı və Qüdrət Həsənquliyev daxildir.

NATO PA-nın yaz sessiyasının gündəliyinə informasiya və milli təhlükəsizlik, Ukraynada daxili dinamika və xarici siyasətin prioritetləri, Əfqanıstanda idarəetmə problemləri, raket əleyhinə müdafiə, bioloji və kimyəvi təhdidlərə qarşı müqavimət göstərilməsi və digər mövzularda məsələlər daxil edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar