Azərbaycan Müdafiə Nazirliyi Ramil Səfərova ev və həbsdə olduğu müddətdə toplanmış maaşını verib
01 Sentyabr 2012 Şənbə 15:18
Macarıstandan Bakıya gətirilən və ölkə prezidentinin əfv sərəncamı ilə azad olunan Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun həbsdə olduğu müddətdə yığılıb qalmış məvacibi ona qaytarılıb.
APA-nın xəbərinə görə, bu gün Müdafiə Nazirliyində keçirilən görüşdə 8 il yarım müddətində toplanmış maaşı zabitə təqdim edilib.

Bununla yanaşı, Müdafiə Nazirliyi tərəfindən ona ev də verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, bu gün Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Ramil Səfərovu qəbul edərək onu mayor rütbəsi ilə təltif edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar