Azərbaycan MM-in komitə sədri Avronest Parlament Assambleyasında çıxış edəcək- FOTO
30 Yanvar 2012 Bazar Ertəsi 15:42
Azərbaycan MM-in komitə sədri Avronest Parlament Assambleyasında çıxış edəcək.
 Azərbaycan Hüquqşünasları Konfederasiyasının (AHK) və Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli Avronest Parlament Assambleyasında çıxış edəcək. AHK-dan APA-ya verilən məlumata görə, 30 və 31 yanvar tarixlərində Brüsseldə keçiriləcək Avronest Parlament Assambleyasının Siyasi Məsələlər, İnsan Hüquqları və Demokratiya üzrə Komitəsinin iclasında Ə. Hüseynlinin çıxış edəcəyi məruzənin adı “Şərq Tərəfdaşlığında və Avropa İttifaqında gələcək demokratiya, KİV-lərin müstəqilliyi” olacaq.
Ə. Hüseynli çıxışında Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində demokratiyanın, azad və müstəqil medianın gələcəyinə dair çağırışlar mövzusu üzrə məruzəsini digər həmməruzəçi Almaniyadan olan deputat Knut Flekştayinlə birgə hesabat məruzəsini təqdim edəcək. Təqdim olunacaq məruzənin bu ilin aprel ayında Avronest PA-nın Bakıda keçiriləcək iclasında qəbul olunması nəzərdə tutulur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar