“Azərbaycan məhsullarının Ermənistana ixracı mümkündür”
13 May 2010 Cümə Axşamı 13:45
Ermənistanda səfərdə olan kənd təsərrüfatı naziri İsmət Abasov belə deyib.
“Ermənistan və Azərbaycan yalnız Dağlıq Qarabağ münaqişəsi həll olunduqdan sonra bütün sahələrdə əməkdaşlıqlarını bərpa edə bilərlər”. Bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının konfransı çərçivəsində İrəvanda səfərdə olan Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

Onun sözlərinə görə, hər şey daha uğurlu ola bilər: “Təbii əgər işğal altında olan torpaqlar azad edilərsə və hər şey əvvəl Sovetlər dövründə olduğu kimi yenidənqurularsa”.

Nazir qeyd edib ki, kənd təsərrufatı sahəsində hər iki ölkə geniş əməkdaşlıq edə bilər: “Azərbaycan kənd təsərrüfatı məhsullarının Ermənistana ixracı mümkündür". Nazir xatırladıb ki, Azərbaycan Sovet İttifaqı illərində Ermənistanı meyvə-tərəvəz və digər bitki məhsulları ilə təmin edirdi.

Bununla belə, İ. Abasov qeyd edib ki, Dağlıq Qarabağ məsələsi tam həll olmayana qədər iki ölkə arasında heç bir sahədə münasibətlər heç vaxt qurulmayacaq. ANSPRES


DOSTLARINLA PAYLAŞ:

oyunlar